Dr. Kamil Quluzadə

Cərrah

Ümumi cərrah Quluzadə Kamil Ramiz oğlu;

▪2000-2006-ci illərdə "Azərbaycan Tibb Universiteti"nin "Müalicə-profilaktika" fakültəsində təhsil almışdır.
▪2004-2006-cı illərdə isə "F.Əfəndiyev adina 4 saylı ŞKX”nın "Reanimasiya" və "Anesteziologiya" şöbəsində tibb qardaşı vəzifəsində çalışmışdır.
▪2006-2007-ci illərdə "Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası"nda internatura kursu keçmiş və həkim-cərrah ixtisası almışdır.
▪2009-2014-ci illərdə “Mərkəzi Neftçilər Xəstəxanası” -“Neft Daşları” TSH-də həkim-cərrah vəzifəsində çalışmışdır.
▪2012-2013 tarixində Türkiyə Respublikası “Gazi Universiteti” "Tibb fakültəsi" ümumi cərrahiyyə bölməsində “Tiroid cərrahiyyəsi" və "Laporoskopik cərrahiyyə” üzrə kurslarda iştirak etmişdir.
▪2013-2014-cü illərdə iki ayrı özəl klinikada həkim-cərrah olaraq çalışmışdır.
▪2014 –2019 tarixləri arasında "Quba MDM"-də həkim-cərrah vəzifəsində çalışmışdır.
▪2015, 2016, 2018, 2019-cu illərdə Azərbaycanda keçirilmiş I,II, IV və V "Azərbaycan-Türk-Alman" tibb konqresində iştirak etmişdir.
▪2016-cı ilin sentyabr ayında Rusiya Federasiyası Kazan şəhərində "Endoskopik Cərrahiyyə Mərkəzi"ndə ,
▪2018-2019-cu illərdə keçirilmiş IV ,V “Beynəlxalq Bariatrik Metabolik Cərrahiyyə Konqresi”ndə və Ankara şəhərində Türk Bariatrik cərrahiyyə fondunun təşkil etdiyi “Bariatrik və Metabolik Cərrahiyyə” üzrə kurslarda iştirak etmişdir.