Uroloq
Dr. Nəsirov Pərviz
▪1994-cü ildə "Azərbaycan Dövlət Tibb Universiteti"ni müalicə işi fakultəsi üzrə bitirmişdir.
▪1994-1995 ci ildə "Respublika Uroloji Klinik Xəstəxası"nda internatura keçərək Uroloq ixtisasını almışdır.
▪1997-2000-ci illlərdə "Azərbaycan Müdafiə Nazirliyi"nin cəbhəyanı hərbi səhra xəstəxanasında cərrah kimi hərbi xidmətdə olmuşdur.
▪2000-2006-cı illərdə cərrahiyyədə olan təcrübəsini "Səudiyyə Ərəbistanı Krallığı"nda davam etdirmiş,
"Səudiyyə Ərəbistanı", "Səhiyyə Nazirliyi"nin cərrah ixtisası üzrə lisenziyasını əldə etmişdir.
▪2006-ci ildən Azərbaycana qayıtdıqdan sonra müxtəlif özəl xəstəxanalarda Uroloq Cərrah kimi işləmişdir. Bu vaxtlarda Türkiyə, Hollandiya, Avstriya, İsveç, Fransa, Gürcüstan və Rusiyada keçirilmiş bir sıra konfrans, seminar və ixtisaslaşma kurlarında iştirak edərək ümumi urologiya, endourologiya və onkourologiya üzrə praktik təcrübə qazanmışdır.
▪2017- ci ilin fevral ayından "Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkminləşdirmə İnstitutu"nun urologiya kafedrasının Fəlsəfə Doktoru Proqramı üzrə doktoranturaya qəbul olunmuşdur.
Azərbaycanda və xaricdə 10 dan çox məqaləsi dərc olunmuşdur. Amerika, Avropa və Rusiya Uroloqlar Cəmiyyətlərinin həqiqi üzvüdir.